ÜMİDTV: “Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi” Cümhuriyyətin 102 illiyi şərəfinə və Nəsib bəy Yusifbəylinin vəfatının 100 illiyi ərəfəsində ölkə gənclərinə ingilis dilinin əvəzsiz olaraq tədrisini nəzərdə tutan “Nəsib bəy Yusifbəyli adına” Təqaüd Proqramını elan edib.
Birlikdən verilən məlumata görə, Təqaüd Proqramına müraciətlərin qəbulunu sentyabr ayına planlaşdırılsa da, İkinci Qarabağ müharibəsi səbəbilə prioritet istiqamət olaraq “Vətən üçün əl-ələ” layihəsi ətrafında birləşiblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan Ordusunun qələbəsindən sonra fərəh və qürur hissi ilə ölkə gəncliyi üçün nəzərdə tutulmuş təqaüd proqramına müraciətlərin qəbulunu elan edirlər. Müraciət üçün keçid linki budur.