• 19 Eylül 2024 Perşembe

Sumqayıtdakı məmurlar 2-ci kvartalı könüllü abadlaşdıran sakinləri həbslə hədələyir - VİDEO

Sumqayıt şəhərinin 2-ci kvartal kimi tanınan ərazisində yaşayan bir qrup vətəndaş Azinforum
Sumqayıt şəhərinin 2-ci kvartal kimi tanınan ərazisində yaşayan bir qrup vətəndaş Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların öz vəsaitləri hesabına həyətlərində abadlıq işləri aparmaları həmin əraziyə aidiyyəti olan Mənzil İstismar İdarəsinin rəisi Şakir Eminovun xoşuna gəlməyib. Sakinlər bildirir ki, Şakir Eminov və onun Sevda adlı işçisi sakinlərdən bu işlərə son qoymağı tələb edib: “Əks təqdirdə bizi həbs etdirəcəkləri ilə hədələyirlər”.

Azinforum.az həmin həyətdən eksklüziv videoreportaj hazırlayıb. Həmin reportajı adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə təqdim edirik:



ÖNCEKİ HABER

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

SONRAKİ HABER

İmişlidə təbiət talan olunur: Qanunsuz qum-çınqıl biznesinə hansı məmur baxır?