Xalq artisti Könül Xasıyevanın anası dünyasını dəyişib

Tanınmış xanəndə Könül Xasıyevaya ağır itki üz verib.

ÜMİDTV.com:     Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın anası dünyasını dəyişib. 

Tanınmış teleaparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynov facebook səhifəsində paylaşım edərək Könül Xasıyevaya başsağlığı verib.

Hacı Nuran paylaşımında qeyd edib:

"Valideyn itkisi çox ağırdır ... Xüsusən bu, Ana olanda ... Fərqi yoxdur, hansı yaşda olursa-olsun, Ana Anadır ... Onun yaşı olmur ... Daha bir Ana dünyasını dəyişdi ... Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Könül Kazım qızı Xasıyevanın Anası ahıl yaşında gözlərini əbədi yumdu ... Doğmalar, əzizlər üçün ağır itkidir ... Amma nə edəsən ki, yaş öz sözünü deyir ... Bu dünyada haqq olan ölüm şərbətini kim dadmayacaq ki? ... Əsas odu insan özündən sonra yaxşı iz qoysun ... Elə Könül xanımın anası da bu dünyada cənnəti qazananlardandır ... Çünki o, Azərbaycan musiqi sənətinə öz yeri, öz çəkisi olan Könül Xasıyeva kimi bir sənətkar bəxş etdi ... Ruhun şad olsun ana ...‌ Yeri gəlmişkən qeyd edim ki, yas mərasimi Şəkidədi ... Və çox təəssüflər olsun ki, bu ağır məqamda Könül xanımın yanında ola, ona təsəlli verə bilmirik... Yollar bağlı, məsafə uzaq ... Amma qəlbən və ruhən yanındayıq, gözəl insan ... Başın sağ olsun, dərdin böyükdür ... ALLAH RƏHMƏT ELƏSİN ..."

ÖNCEKİ HABER

Müsahibə: Pandemiya şəraitində Azərbaycan öz insanpərvərlik, xeyirxahlıq, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi - DEPUTAT ELDƏNİZ SƏLİMOV

SONRAKİ HABER

BİLƏSUVAR ÖZBAŞINALIĞIN VƏ SAXTAKARLIĞIN MƏNBƏYİNƏ ÇEVRİLİB-ANONS VİDEO