Deputat İqbal Məmmədov seçicilərinə çağırış etdi: Həftə sonu evdə qalın !

Lerik rayonunu təmsil edən deputat İqbal Məmmədov seçicilərinə çağırış edib.

ÜMİDTV.com:   Xəbər verdiyimiz kimi, Azərbaycanda Koronavirus Pandemiyası ilə mübarizə istiqamətində tədbirlər sərtləşdirilib. Nazirlər Kobinetinin müvafiq qərarına əsasən, müəyyən fəaliyyət sahələri istisna olmaqla, həftə sonları evdən çıxmaq qadağası tətbiq edilib. Xüsusi karantin rejimi dövründə Pandemiya ilə mübarizədə fəallıq nümaiş etdirən Milli Məclisdə Lerik rayonunu təmsil edən deputat İqbal Məmmədov facebook səhifəsindən seçicilərinə  müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi oxucularımıza təqdim edirik. 

Əziz Leriklilər!
Hörmətli dostlar!
Karona virusa yoluxma hallarının son günlər ölkədə artması, əhalinin müəyyən hissəsinin karantin rejiminə və şərtlərinə əməl edilməməsi ilə əlaqədardır. Etiraf etməliyik ki, bu virusun nə qədər təhlukəli olduğunu bir çox vətəndaşlar qəbul etməyib özünü və başqalarını bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qorunma tədbirlərinə kölgə salırlar.
Sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxinlarınızı, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə maskalardan istifadə edəsiniz bir birinizdən məsafə saxlayasınız.Həftə sonlari evdə qalasınız.Bu problem hamımızın problemidir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur
 
İqbal Məmmədov 
Milli məclisin deputatı
ÖNCEKİ HABER

DİN yasa getmək istəyənlərə müraciət etdi

SONRAKİ HABER

Həftəsonu qadağalarının iyunun 13-ü, 14-ü və 15-də də tətbiq olunacaq