Cənab Prezidentə bütün Leriklilər və seçicilərim adından minnətdarlığımı bildirirəm - DEPUTAT İQBAL MƏMMƏDOV

Deputat İqbal Məmmədov Prezidentə təşəkkür etdi.

ÜMİDTV.com:  Azərbaycan Prezidentinin çəhid ailələrinə və Qarabağ müharibəsinin əliollərinə qayğı və diqqəti daim öndə olub. Vətəndaş Prezident münasibətləri artıq Ümumxalq Birliyinə çevrilib. Respublikada olduğu kimi Lerik rayonunda yaşayan şəhid ailələri və Qarabağ müharibəsi ailələri ölkə Prezidentinin  diqqəti mərkəzində olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Lerik rayonunda 21 şəhid ailəsinə,7 iQarabağ müharibəsi əlilləri statusu olan 28 ailə üçün bu il həyətyanı ev tikilməsindən ötrü vəsait ayrılmış və tikintisi artıq başlanılmışdır.

Bu barədə Milli Məclisdə Lerik rayonunu təmsil edən deputat İqbal Məmmədov öz facebook səhifəsində məlumat yerləşdirməklə ölkə Prezidentinə təşəkkürünü bildirib. 

Paylaşım məlumatını olduğu kimi dərc edirik:

"Cənab Prezidentin sərancamı ilə Lerik rayonunda 21 şəhid ailəsinə,7 isə Qarabağ müharibəsi əlilləri statusu olan 28 ailə üçün bu il həyətyanı ev tikilməsindən ötrü vəsait ayrılmış və tikintisi başlanılmışdır.Cənab Prezidentə bütün Leriklilər və seçicilərim adından minnətdarlığımı bildirirəm.
Bu tikiləcək evlərin 6-sı Lerik şəhərində, 2-si Brkandul kəndində, 2-si Züvüc kəndində və qalan 18 ev isə Çayrud, Tatoni, Soru, Perzakucə, Orand, Cəngəmiran, Əvilə, Vizəzəmin, Buzeyir, Günəşli, Buruq, Mastail, Pirasora, Anbu, Siyov, Livədirqə, Vijaker, Akuşapeştə kəndlərinin hər birində 1 həyət evi olmaqla tikilib şəhid və Qarabağ müharibəsi əlilləri ailələrinə təhvil veriləcəkdir.Xeyrli olsun."

 

ÖNCEKİ HABER

Vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıram-DEPUTAT QƏNİRƏ PAŞAYEVA

SONRAKİ HABER

Azərbaycanda generala ağır itki üz verdi