ÜMİDTV BÜTÜN İŞÇİ HEYYƏTİNƏ RƏSMİ XƏBƏRDARLIQ ETDİ

Ümid Teleradio Yayım Şirkəti MMC-nin rəhbərlıiyi nəzdində fəaliyyət göstərən tvkanalı və saytlarda çalışan işçi heyyətinə xəbərdarlıq edib.

ÜMİDTV.com:     Son zamanlar, Ümid TRYŞ MMC-nin nəzdində fəaliyyət göstərən ÜmidTv Azərbaycan kanalı və rəsmi saytlarında (umidtv.com, utvxeber.com və turkazinfo.com) çalışan işçilər tərəfindən Müqavilə öhdəliklərinin, Daxili İntizam Qaydalarının və Əmək Qanunvericiliyinin tələbləri kobud şəkildə pozulma halları barədə teleşirkətə məlumatlar daxil olmaqdadır. Bəzi əməkdaşların Xüsusi karantin rejimindən sui istifadə edərək Müqavilə öhdəliklərinin  icra etmədikləri, iş fəaliyyətlərində ciddi nöqsanlara yol verdikləri məlum olub. İşçi heyyətinin bu davranışları teleşirkətin iş fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, şirkətin işgüzar nüfuzuna da xələl gətirməkdədir. Xüsusi karantin rejimi ilə əlaqədar aidiyyatı dövlət təşkilatlarının töfsiyələri nəzərə alınaraq, işçi heyyətinin tam tərkibdə buraxılmasının qarşısını almaq məqsədilə, şirkət rəhbərliyi işçi heyyətinə sonuncu rəsmi xəbərdarlıq etməyi barədə müvafiq əmr imzalayıb. Xəbərdarlıq bütün işçi heyyərinə elan olunmuş və onlardan Qanunvericiliyin Qaydalarına əməl etmələri tələb olunub.  

Qeyd edək ki, teleşirkətin rəhbərliyinin müvafiq əmrində, rəsmi xəbərdarlıqdan nəticə çıxarmayan işçilər barədə Qanunvericiliyin imkan verdiyi bütün imkanlardan istifadə edilərək barələrində ən ciddi tədbirlərin görüləcəyi əks olunub. 

 

 

ÖNCEKİ HABER

Milli Məclisin növbəti iclasının keçiriləcəyi vaxt məlum olub.

SONRAKİ HABER

Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönəlib-DEPUTAT KÖNÜL NURULLAYEVA