MÜBARİZ MƏNSİMOVA HƏSR OLUNMUŞ SƏNƏDLİ FİLM ARTIQ YAYIMLANDI-"MÜBARİZƏM"

Azərbaycanlı xeyriyyəçi iş adamı, milyonların sevimlisi Mübariz Mənsimova həsr olunmuş "MÜBARİZƏM" adlı sənədli film yayımlandı.

ÜMİDTV.com:       Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Azərbaycanlı xeyriyyəçi iş adamı, milyonların sevimlisi Mübariz Mənsimova həsr olunmuş "MÜBARİZƏM" adlı sənədli film yayımlandı. 

Qeyd edək ki, filmin rejissoru Sahil Habar Ajansının Yönəticisi Sahil İmanov,  genel koordinator Agshin Tahirov,  filmin bestekari  isə Sevinc Tofiqqizıdır. 

Çəkilişi Azərbaycan və Türkiyədə həyata keçirilən və Türkiyədə istehsal olunan "MÜBARİZƏM" adlı sənədli film, əsasən Mübarizsevərlərin və Mübariz Mənsimovu dəstəkləyən insanların Mübariz Mənsimov haqqında xoş xatirələri və dəstək mesajlarından bəhs edir. 

Filmdə tanınmış sənət adamlarının, media nümayəndələrinin və Mübariz Mənsimovun dəstək olduğu insanların münasibətləri yer almaqdadır. 

Xatırladaq ki, Mübariz Mənsimov əsassız olaraq bu günə qədər ittihamı ilə bağlı heç bir rəsmi açıqlama olmadan, yalnız 4 qərəzli şahidin ifadəsi əsasında Feto istintaqı zərurəti ilə bağlı həbsdə saxlanılır.  Əminik ki, Türkiyə dövləti ədaləti qısa zamanda bərqərar edəcəkdir. 

Azərbaycan və Türkiyə üçün dəyərli olan Mübariz Mənsimovun tezliklə azad olunmasını diləyirik !

"MÜBARİZƏM" sənədli filmini təqdim edirik. 

 

 

ÖNCEKİ HABER

Azərbaycan əhalisinə XƏBƏRDARLIQ: Sabah səhərdən etibarən...- FOTO

SONRAKİ HABER

Ünvanlı sosial yardım almaq indi daha asan olacaq