İranda koronavirusun yayılması sürətləndi - 75 ÖLÜ

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

ÜMİDTV.com:    Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə daha 2 269 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 169 425-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 75 nəfər artaraq 8 209 nəfərə yüksəlib. O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 132 038 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 

ÖNCEKİ HABER

Çinin yüksəlişi NATO-nu təşvişə salıb-SƏBƏB?

SONRAKİ HABER

Emin Ağalarov koronavirusa YOLUXUB - “40 il ərzində ilk dəfə özümlə tanış oldum”