İranda son sutkada koronavirusdan 74 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 74 nəfər vəfat edib.

ÜMİDTV.com:   Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 8425 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2095 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 175927 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 138457 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2639 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Mənbə: İRNA

ÖNCEKİ HABER

Daha 130 azərbaycanlı Rusiyadan təxliyə olundu

SONRAKİ HABER

Çinin yüksəlişi NATO-nu təşvişə salıb-SƏBƏB?