Azərbaycanda bu kənddə 9 nəfər koronavirusa yoluxdu, iki qardaş öldü - VİDEO

İsmayıllı rayonunun Quşencə kəndində koronavirusa yoluxan iki qardaş dünyasını dəyişib.

ÜMİDTV.com:     İsmayıllı rayonun Quşencə kəndində  daha 9 nəfərdə də virus aşkarlandığı üçün ərazi nəzarət altına alınıb.

Virusun yayılmasının qarşısını almaq üçün kənd sakinlərindən testlər götürülür.

Kəndin icra nümayəndəsi Yaşar Şirəliyev bildirib ki, bir neçə gün əvvəl koronavirusdan ölən iki nəfər dəfn edilib. Yoluxan 9 nəfərdən isə 8-i Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, bir nəfər isə Qobustan xəstəxanasında müalicəyə göndərilib.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Quşencə kəndi nəzarətdə saxlanılır. Kənd sakinlərindən testlər götürülüb.

Kənd sakinlərinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Götürülən digər testlərin nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

 

ÖNCEKİ HABER

Azərbaycanda koronavirusa görə daha bir xəstəxana bağlandı - RƏSMİ

SONRAKİ HABER

Azərbaycanda direktor HƏBS EDİLDİ - RƏSMİ