ÜST-dən ŞAD XƏBƏR! Covid-19- un peyvəndi bu tarixdə hazır olacaq

Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd payız və ya qışda əlçatan ola bilər.

ÜMİDTV.com:     Bu barədə İtaliyanın Səhiyyə nazirinin müşaviri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkədəki nümayəndəsi Valter Riççardi bildirib.

“Əgər hər şey yaxşı getsə, payız, ya da qışda bizdə peyvəndin ilk dozaları ola bilər”, - deyə nazir müşaviri vurğulayıb.

Onun sözlərinə görə, Avropa koronavirus əleyhinə peyvəndin hazırlanması prosesində ABŞ-ı qabaqlayır, Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı peyvənd digərləri ilə müqayisədə daha inkişaf etmiş mərhələdədir.

ÜST-ün nümayəndəsi oktyabr ayında pandemiyanın ikinci dalğasının mümkünlüyünə də toxunub. O vurğulayıb ki, buna heç kim tam əmin ola bilməz.

“Lakin biz hesab edirik ki, virusun yoxa çıxma ehtimalı azdır. Biz mümkün zəlzələ ilə toqquşmağa hazır olmalıyıq”, - deyə V. Riççardi qeyd edib.

Qeyd edək ki, may ayının ortasında “Irbm” şirkətinin baş direktoru Pyero Di Lorentso bildirib ki, peyvənd üzərində iş inanılmaz dərəcədə sürətlənib. (Mənbə: Ria3 TK)

 

 

ÖNCEKİ HABER

Baş Prokurorluğun sabiq əməkdaşı barəsində cinayət işi başlanılıb

SONRAKİ HABER

Yazıçı-dramaturq, jurnalist Aqşin Babayev vəfat edib.