Bu gün keçirilən buraxılış imtahanları yekunlaşıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsi yekunlaşıb.

ÜMİDTV.com:        Bu gün keçirilən imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulmuşdu. İmtahanlar saat 11-də başlayıb.

Dünən və bu gün imtahanlar Xətai (Bakı), Sumqayıt (I hissə), Qazax, Şəki, GöyçayAğdaşQusarCəlilabadQobustanGoranboyGöygölDaşkəsənSalyanSaatlıAğcabədiBeyləqanBərdə (I hissə) SiyəzənXızı və s. ərazilərdəki məktəblərdə keçirilib.

Növbəti buraxılış imtahanları iyunun 18 və 19-da Qaradağ (Bakı), Goranboy, Göygöl, Sabirabad, Salyan, TovuzGədəbəyLənkəranLerik Ağdam, Beyləqan, Hacıqabul və s. yerdə keçiriləcək.

ÖNCEKİ HABER

SON DƏQİQƏ! Azərbaycanda daha bir kənddə koronavirus AŞKARLANDI

SONRAKİ HABER

Prezident İlham Əliyev bu şəxsə yüksək vəzifə verdi - SƏRƏNCAM