ÜMİDTV: Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub.
Dövlət Xidmətindən verilən məlumata göə, ötən ilin dekabrında Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna çəkilən avtomobil yolunun inşası zamanı tarixi abidə ehtimal edilən bir sıra arxeoloji tapıntılara rast gəlindiyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarixi abidə ehtimal olunan obyektlərin rast gəlindiyi yolun 11-14 kilometrliyində arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılmışdır.
Azad Cəfərli qoruğun gələcək fəaliyyət istiqamətləri, görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.
Rəis müavini eyni zamanda Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “Şah Abbas” məscidinə baxış keçirib. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış tarixi abidə haqqında məlumat verilib.
Dövlət Xidmətinin rəsmisi tarixi abidənin qorunması istiqamətində atılmalı olan vacib addımları vurğulayıb