ÜST rəsmisi Azərbaycan ictimaiyyətindən ÜZR İSTƏDİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı mətbuat üçün açıqlama yayıb.

ÜMİDTV.com:     Həmin mətni təqdim edirik:  

“Əziz dostlar,

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

 
 
ÖNCEKİ HABER

SON DƏQİQƏ: Milli Məclisdə 2 nəfər koronavirusa yoluxdu - RƏSMİ

SONRAKİ HABER

Ümid Teleradio Yayım Şirkəti, nöqsanlara yol verən işçilərlə bağlı son qərarı 19 iyun tarixdə ELAN EDƏCƏK