Azərbaycanın tanınmış vəkilləri və hüquq eksperti Mübariz Mənsimova dəstək verdi - ÜMİDTV

Ümid Tv Azərbaycan kanalında yayımlanan "Rəhmanla birlikdə izlə" proqramının canlı yayımında qonaq olan Azərbaycanın tanınmış vəkilləri Mübariz Mənsimova dəstək oldular.

ÜMİDTV.com:     Xəbər verdiyimiz kimi, Azərbaycanlı iş adamı, xeyriyyəçi, milyonların sevgisini qazanmış Mübariz Mənsimovla bağlı Ümid Tv Azərbaycan kanalı müxtəlif proqramlarla reportajlar yayımlayır. 

Ümid Tv Azərbaycan kanalının bu həftə efirə gedən "Rəhmanla birlikdə izlə" canlı yayımında qonaq olan Azərbaycanın tanınmış vəkilləri Azər Əzizov və Adəm Məmmədov, həmçinin hüquq eksperti Vüqar Adıgözəlov Mübariz Mənsimova dəstək verməklə, barəsində açılmış cinayət işinə xitam verilməli olduğunu açıq şəkildə bəyan etdilər. 

Tanınmış vəkillərin hər biri hesab etdilər ki, cinayət işi üzrə Mübariz Mənsimova qarşı irəli sürülən ittiham üzrə heç bir möhtəbər sübut yoxdur və olması da mümkün deyil. Vəkillər qeyd etdilər ki, yaxın zamanda Türkiyə ədalət məhkəməsinin Mübariz Mənsimovla bağlı bəraətverici hökmünün veriləcəyini gözləyirlər və buna şübhə etmirlər. 

Bundan başqa vəkil Adəm Məmmədov cinayət işinin gedişatında şübhə doğuran məqamların çox olmasını dilə gətirərək, Mübariz Mənsimova qarşı qaldırılan cinayət işinin qərəzli olmasından xəbər verdiyini bildirdi. 

Vəkil Azər Əzizov da həmkarının fikirlərini dəstəkləyərək qeyd etdi ki, qərəzli  sübutlar əsasında Mübariz Mənsimova qarşı qaldırılan cinayət işi qəbuledilməzdir. 

Hüquq eksperti Vüqar Adıgözəlov da vəkillərin fikirləri ilə həmrəy olduğunu ifadə edərək qeyd etdi ki, Mübariz Mənsimovun iki dövlət üçün mühüm bir şəxsiyyət olması səbəbindən, onun  həbs olunan günədək  Feto-ya qarşı ciddi mücadilə aparması faktlarına dayanaraq hesab edir ki, Mübariz Mənsimova qarşı qaldırılan cinayət işinə xitam verilməsi labüddür və Məhkəmənin məhz bu addımı atacağına inanır. 

Daha ətraflı linkə daxil ol: 

https://www.facebook.com/your.umudtv/videos/881048169062368/

ÖNCEKİ HABER

Lerikli gənclər Mübariz Mənsimova dəstək oldular - ÜMİDTV

SONRAKİ HABER

Bakı-İstanbul reysi ilə uçan sərnişinlərin NƏZƏRİNƏ