ÜMİDTV: Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Alman lüteran kilsəsinin videogörüntülərini yayıb.
Nazirlikdən bildirilib ki, 1909-cu ildə almanlar tərəfindən inşa olunan kilsə Azərbaycanın Şəmkir şəhərində yerləşir.
Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.
Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilmişdir və abidə kimi qorunur.