Yardımlı rayon Bozayran Kənd Tam Orta Məktəbinin şagirdi İsmayıl Sadizadə Respublika Fənn Olimpiadasında yüksək nəticə göstərib

Yardımlı rayon Bozayran Kənd Tam Orta Məktəbinin şagirdi İsmayıl Sadizadə Respublika Fənn Olimpiadasında yüksək nəticə göstərib

ÜMİDTV.com:     Respublikada  təhsilə yönələn diqqət regionlarda da öz əməli nəticəsini verməkdədir. Yardımlı rayonunda müəllim peşəsini layiqincə yerinə yetirən seçilən müəllimlərdən biri də Yardımlı rayonu, Bozayran kənd Tam Orta Məktəbinin müəllimi Seymur Hüseynovdur. Bir müəllim kimi şagirdlərə təhsili qayəsi ilə aşılayan Seymur Hüseynovun yetirməsi olan Bozayran kənd Tam Orta Məktəbinin 11-ci sinif şagirdi Sadizadə İsmayıl Səxavət oğlu Respublika üzrə Tarix fənn Olimpidasında yüksək bilik nümaiş etdirərək Zona üzrə 1-ci, Respublika turu üzrə isə 3-cü yerin qalibi olub. 

Müəllim əməyinin bəhrəsi olaraq Seymur Hüseynov,  yetirməsi İsmayıl Sadizadənin Respublika Olimpiadasında yüksək nəticə əldə etməsi  münasibəti ilə təbrik edib. 
 

* Hüseynov Seymur Teymur oğlu 14 fevral 1970-ci ildə Yardımlı rayonu Bozayran kəndində anadan olmuşdur. 1977-ci ildə Bozayran kənd orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş,1987-ci ildə Yardımlı rayon Qəsəbə 2 nömrəli məktəbi əla qiymətlərlə bitirmişdir. 1988-1990-cı illərdə Çelyabinski şəhərində hərbi xidmətini başa vurmuşdur.1991-ci il N.Tusi adına ADP İnstitunun Kimya-Biologiya fakultəsinə daxil olmuşdur.  1997-ci ildə Bozayran kənd orta məktəbində müəllimlik fəalliyyətinə başlamışdır.2001-2006-cı illərdə Amerika “Mercu Corps” Təşkilatında Bozayran kəndi üzrə təlimatçı işləmişdir.Həmin təşkilatın səyi ilə Bozayran kənd Tibb Məntəqəsi tikilmişdir. 2002-2007-ci illərdə Köryədi kənd tam orta məktəbində Kimya müəllimi kimi fəaliyyət göstərmişdir. 2005-2010-cu illərdə Bozayran kənd Bələdiyyəsinə üzv seçilmişdir.2010-cu ildən Bozayran kənd tam orta məktəbində direktor vəzifəsində işləyir. İşlədiyi müddətdə yüzlərlə şagirdi ali və orta ixtisas müəssisələrinə daxil olmuşdur.Onun rəhbərliyi dövründə 30-a yaxın məktəbli qızlar ali və orta ixtisas məktəblərinin tələbəsi olub.Abdulova Aynur Araz qızı Türkiyə Respublikasında bu gün də tibb təhsil alması Bozayran məktəbinə qürur gətirir.Seymur müəllim həvəskar musiqiçidir,idmanın bütün növlərini sevir.Əsasən futbol onun hobbisidir.Yardımlı rayon Futbol Çempionatında həm məşqçi,həm də futbolçu kimi iştirak edərək,6 dəfə Rayon Kubokunun qazanılmasında böyük əməyi olmuşdur.Hal-hazırda Seymur Hüseynov məktəb direktoru kimi Bozayran kəndində fəaliyyətini davam etdirir.Gənc nəslin təlim-tərbiyəsində,onların vətənpərvər ruhda yetişməsidə əlindən gələni əsirgəmir.

Qeyd edək ki, Seymur Hüseynov Yeni Azərbaycan Partiyasının Yardımlı rayon Təşkilatı Bozayran kənd İlk Partiya Təşkilatının  sədridir.  Ailəlidir, 3 övladı var. 

Ümid Tv Azərbaycan olaraq biz də öz adımızdan həm Seymur müəllimi, həm də yetirməsi Sadizadə İsmayıl Səxavət oğlunu ürəkdən təbrik edirik, ona gələcək təhsildə uğurlar arzu edirik. 

Əkbər Sadıyev / Ümid Tv Yardımlı

 

ÖNCEKİ HABER

Yas mərasimləri bu qaydada keçiriləcək - RƏSMİ AÇIQLAMA

SONRAKİ HABER

Həftəsonu karantini aylıq karantinlə əvəz edilə bilər - AÇIQLAMA