Deputat İqbal Məmmədov tibb işçilərini təbrik etdi

Bu gün 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günüdür.

ÜMİDTV.com:    Bu gün 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günüdür. Dünyanın üzləşdiyi Pandemiya dövründə həkimlərimizin misilsiz qəhrəmanlığı bir tarix yazdı. Həyatlarını xəstələrin sağlamlığa qovuşması üçün fəda etməyə hazır olan həkimlərimizin adına  bu gün hər bir azərbaycanlının dilindən təbriklər səsləndi. Doğurdanda həkimlərimiz buna layiqdirlər. 

Milli Məclisdə Lerik rayonunu təmsil edən deputat İqbal Məmmədov da bu gün həkimlərimizi yaddan çıxarmadı və peşə bayramı münasibətilə həkimlərimizə təbrik ünvanladı. 

Deputat İqbal Məmmədov:  "Bu gün 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günüdür.  Koronavirus pandemiyasının geniş yayıldığı zamandan bir çox tibb işçilərimiz evlərindən, ailələrindən uzaq qalaraq gecə-gündüz pandemiyaya yoluxan xəstələri müalicə edirlər.Qarşılaşdığımız bu çətin vaxtlarda bizlər üçün öz canlarını təhlükəyə atan həkimlərimiz üçün insanların sağlamlığını qorumaq, onlara sağlam həyat bəxş etmək,yaşatmaq müqəddəs və şərəfli peşədir. Bu münasibət ilə bütün həkimləri, orta tibb işçilərini, eləcə də bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edir, onlara çətin və şərəfli peşələrində uğurlar arzu edirəm"

ÖNCEKİ HABER

İbrahim Məmmədov həftəsonu sərt karantin rejimi ilə bağlı DANIŞDI

SONRAKİ HABER

Yeniliklərsiz, yeni texnologiyalarsız əsl inkişaf mümkün deyil və ölkəmiz də hər zaman yeniliklərə açıq olub-DEPUTAT ELDƏNİZ SƏLİMOV