MÜBARİZ MƏNSİMOVUN İTTİHAM AKTININ HAZIR OLMASI İFTİRAÇILARIN AYAĞINI AÇDI – YENİ ŞƏRH

Baş verənlərə bir hüquqçu olaraq münasibət bildirməyi özümə borc bildim !

ÜMİDTV.com:      Mübariz Mənsimovun iddianaməsinə hüquqi münasibət :

Əziz dostlar !

Bu yazını Mübariz Mənsimovun  barəsində açılmış cinayət işinin analizinə həsr etməyi bir azərbaycanlı olaraq özümə borc bildim. Vaxtınızı alsa da bu məqaləni sona qədər oxumağınızı tövsiyə edirəm.  Bir hüquqçu olaraq bu iddianaməyə (İttiham Aktına) susmağı  özümə bağışlaya bilməzdim.  

Məni  məyus edən ən əsas məsələ iddianamənin əsassız və möhtəbər olmayan sübutlarla tərtib olunması deyil.  Çünki Prokurorluğun təqdim etdiyi  iddianamə məhkəmə üçün qabaqcadan ittihamı təsdiq edən bir material hesab olunmur.  Bu bütün hüquqi dövlətlərdə belədir.

Mənə ən çox təsir edən, əslən azərbaycanlı olan, Türkiyədə media mənsubluğu əldə edən şəxslərə məxsus olan “Haber Global” kanalının Mübariz Mənsimov haqqında ötən gün yaydığı bir xoşagəlməz xəbər oldu. Bu media mənsubları  İstintaqın hazırladığı iddianaməyə əsaslanaraq hazırladıqları xəbəri ele bir ajitaj yaradan formada təqdim etdilər ki, sanki, Haber Global  Türkiyə məhkəməsinin bir qoludur kimi, Mübariz Mənsimova 7 ildən 15 ilə qədər həbs cəzasının istənilməsini təsdiq edir.

Türkiyədə fəaliyyət göstərən bu  antimedia mənsublarının    həmin reportajda səsləndirdikləri fikirlərinə öz hüquqi münasibətimi siz dəyərli oxucularla bölüşmək istəyirəm.

Birincisi, həmin iddianaməyə əsaslansaq, Mübariz Mənsimovun Feto ilə əlaqəsini səciyyələndirən qeyri möhtəbər faktlar, Türkiyədə hakimiyyət çevrilişinə cəhddən çox-çox əvvəllərə təsadüf edir. Yəni həmin dövrdə Fətulla Gülənlə Türkiyədə kifayət qədər iş adamlarının və rəsmilərin dolgun münasibətləri mövcud idi. Bu gün Feto ittihamı ilə qarşı-qarşıya qoyulan Mübariz Mənsimovun İddianamədə adı hallanan şəxslərlə həmin dövrdə bir arada olması cinayət hesab olunursa, o halda Türkiyənin yarısı həbsə məhkum edilməlidir. Lakin bu ittihamlarla bağlı hələ ki, Mübariz Mənsimovun öz dilindən hər hansı bir açıqlama gəlməmişdir.  Mübariz Mənsimovun Feto ilə mücadilə dövrünə nəzər salsaq, bu ittihamın Feto tərəfdarlarının saldırısı və arzularının gerçəkləşdirmə hərəkatı kimi də qəbul etsək yanılmarıq. Çünki, Mübariz Mənsimov Türkiyədə dövlət çevrilişinə cəhddən çox-çox əvvəllər artıq Fetoçulara qarşı bir mübarizə başlamışdı. Hətta sahibi olduğu Palmali şirkətində şübhə etdiyi şəxsləri belə işdən uzaqlaşdırmışdı. Bu məsələnin birinci tərəfi.

İkincisi, əgər doğurdan da Mübariz Mənsimov Feto qruplaşması ilə əlaqədə olubsa və bu faktları təsdiq edən şəxslər şahid qismində iddianamədə təsdiqləniblərsə, belə bir dolğun sual ortaya çıxır.

NƏ ÜÇÜN MÜBARİZ MƏNSİMOV HƏBS OLUNUR, LAKİN FETO İLƏ ƏLAQƏ MƏLUMATLARINI TƏSDİQ EDƏN ŞƏXSLƏR AZADLIQDA GƏZİR ?

Qanuna görə cinayətdə iştirak edən hər bir şəxs Qanun qarşısında cinayət məsuliyyəti daşıyır. Bu nəinki Türkiyədə, bütün hüquqi dövlətlərdə eynilik təşkil edir.  Bundan başqa şahidlik edən həmin şəxslər, bu cinayət barədə Feto terroru üzə çıxandan dərhal sonra məlumat vermirlər, cinayətin üstündən neçə illər keçdikdən sonra gəlib istintaqa məlumat təqdim edirlər. Daha sonra əllərini sallayaraq istintaq idarəsindən çıxıb çay içməyə gedirlər.

ƏCƏBA BELƏ HÜQUQMU OLUR...!

Digər tərəfdən isə İddianaməyə görə Mübariz Mənsimov və digəri, şəxsi təyyarəsi ilə ABŞ-a gedərək Fətulla Gülənlə görüşürlər.  Yenə bu ittihama görə Mübariz Mənsimov həbs olunur, lakin digər dediyimiz həmin şəxs bu gün də azadlıqda gəzir, heç gözünə üfürəndə olmur.

DÜNYA BİR TAMAŞADIR, BUNA DEYİRLƏR !

Türkiyə İstintaq Orqanının hazırladığı iddianamənin mövcud analizindən belə nəticəyə gəlmək olur ki, xüsusi maraqlara xidmət edən araşdırmanın obyektivliyi və qərəzsizliyi şübhə altındadır. Belə olan halda Qanunun Aliliyindən danışmaq yersizdir.

CİNAYƏT FAKTINI SÜBUTA YETİRƏN MÖHTƏBƏRLİYİN XÜSUSİYYƏTLƏRİ NECƏ OLMALIDIR ?

Dəyərli dostlar!

Hüquqi demokratik dövlətlərdə, hər hansı bir cinayət ittihamı üzrə araşdırma apararkən, birinci növbədə irəli sürülən ittihamı təsdiqləyən faktların möhtəbər olub-olmamasına xüsusi diqqət yetirilir.

Sübutların möhtəbərliyi, verilən ifadələrin digər sübut növləri ilə mübahisəsiz və şübhəsiz təsdiq olunmasına əsaslanır.

Yəni, bir şahid cinayətdə şübhəli bilinən şəxsin əleyhinə ifadə verirsə, həmin ifadənin təqsirləndirilənlə əlaqəsinin olub-olmaması və ya hansı qaydada əlaqəsinin olması, verilən ifadədə sadlanan halların baş verən tarixdə ictimai münasibətin ümumi vəziyyəti, şahid ifadəsində əks olunan hallarda şəxsin  həqiqi niyyəti , əleyhinə ifadə verən şəxslərin cinayətdə  şübhəli bilinən şəxslə münasibəti mütləq yoxlanılmalı, , şahidlərlə kifayətlənməyib şahidlərin və şübhəli şəxsin ətrafında olan şəxslərin mütləq dindirilməsi, səs yazısı, video görüntülərin əldə edilməsi, ən əsası isə şahidlərin bu məlumata hansı mənbədən malik olmaları və nə üçün vaxtında məlumat verməmələri istiqamətində prosessual hərəkətlər mütləq həyata keçirilməlidir. Səs və video görüntülərin isə cinayətdə möhtəbər sübut olaraq qəbul edilməsi, yalnız bu sübutların həqiqi detalarını incələdikdən sonra mümkündür. Bu da o hal da ola bilər ki, səs yazısı və video görüntülər dövləti cinayətin baş verdiyi dövrə təsadüf etsin, eyni zamanda da bu sübutlar şəxsin həmin qruplaşma ilə cinayət əlaqəsinə girməsini aşkarcasına təsdiq etsin.  Yəni video  görüntüdə  danışıqlar aydın eşidilməli və bilavasitə cinayətin detallarını əks etdirməlidir. Əks təqdirdə bu sübutlar möhtəbər sübutlar hesab edilə bilməz  və şübhəli bilinən şəxsi belə sübutlarla ittiham etmək Qanuna ziddir  !!!

Nəzər salaq, böyük bir dövləti cinayətdə əli olan Feto terror qruplaşmasının istintaqı üzrə ittiham edilən Mübariz Mənsimovun cinayət işi,  4 nəfər qərəzli  şahidin ifadələri  və bir neçə möhtəbər olmayan video görüntü əsasında qısa bir zamanda yekunlaşır və yuxarıda analiz etdiyimiz faktlarla iddianamə hazırlanaraq məhkəməyə təqdim olunur.

Son olaraq apardığım analiz, yaxın zamanda ortaya çıxacaq  iki nəticə ilə sonuclanır :

  1. Mübariz Mənsimova qarşı irəli sürülən Feto/Pdy ittihamı üzrə sübutlar kifayətedici deyil, qərəzli və şübhə doğuran bu sübutlar  ittihamı təsdiq etmir. Mübariz Mənsimovun əleyhinə ifadə verən şəxslərlə aralarında qərəzli bir münasibətin olması faktlarla tam təsdiq olunur, digər sübut kimi ortaya qoyulan Fətulla Gülənlə görüşmə detalları möhtəbər sübutlarla uzlaşmır.

Bu halda məhkəmə cinayət işinə xitam verməlidir !

  1. Xüsusi maraqları təmin edən hüquqi araşdırma nəticəsində Mübariz Mənsimovu mənsub olduğu məqamdan təcrid etmək.  Baxın bu hissədə hüquqi prinsiplərdən danışmaq artıq yersizdir !

Hüquqi Dövlət Prinsiplərini rəhbər tutaraq, xarakteriza etdiyim detallara dayanmaqla hesab edirəm ki, Türkiyənin 27-ci Ağır Cəza Məhkəməsi  İddianamədə möhtəbər olmayan sübutların yetərsizliyi və əsassızlığını nəzərə alaraq Mübariz Mənsimovun cinayət işinə xitam verəcəkdir.

O ki, qaldı Haber Global kanalının qərəzli reportajlarına, düşünürəm ki, parlaq günəşə ləkə salmaq mümkünsüzdür, bir gün tez, bir gün gec, günəşin parlaq sıçrayışı haqsız olanların saxta simalarını külə döndərəcək.

Bundan başqa, xüsusilə qeyd etmək istəyirəm ki, Mübariz Mənsimovun Türkiyə Prezidentinə son müraciətində sadlanan hər bir detalda anlayanlar üçün bir önəmli mesaj var.  Əminəm ki, Mübariz Mənsimovun həbsi, cani könüldən bağlı olduğu Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın siyasi karyerasına zərbə vurmaq üçün xüsusilə hazırlanmış bir senaridir ki, şəxsiyyətinə xüsusi hörmət bəslədiyim Rəcəb Təyyib Ərdoğan Mübariz Mənsimovun cinayət işinə biganə qalmayacaq. 

Sonda  qeyd edirəm ki, hakim olan Allahdır və haqqın qalibiyyəti mütləqdir !

Arzu edirəm ki, vətəninə və millətinə bağlı olan Mübariz Mənsimov tezliklə azadlığa çıxıb sevdiklərinin yanında yer tutacaq.

Rəhman Cəbiyev  / Ümid Tv Azərbaycan

ÖNCEKİ HABER

Terrorçuların açdığı atəşdən Türk əsgəri şəhid oldu - SON DƏQİQƏ

SONRAKİ HABER

Türkiyə ordusu bu ölkəyə girdi: 81 hədəf hava hücumu ilə məhv edilib