ÜMİDTV-NİN 4 ƏMƏKDAŞI İŞDƏN UZAQLAŞDIRILDI

Ümid TRYŞ MMC-nin nəzdində fəaliyyət göstərən Ümid Tv Azərbaycan kanalında və tabeliyində olan utvxəbər saytında çalışan 4 işçinin işdən çıxarılması barədə Əmr imzalanıb.

ÜMİDTV.com:      Məlumat üçün bildirilir ki, Ümid TRYŞ MMC-nin nəzdində fəaliyyət göstərən Ümid Tv Azərbaycan kanalında  və rəsmi xəbər portalı olan utvxeber.com saytında çalışan 4 işçinin işdən uzaqlaşdırılması barədə  şirkətin rəhbərliyi tərəfindən Əmr imzalanıb. 

Qeyd olunur ki, işdən uzaqlaşdırılan işçilər Xüsusi karantin rejimi dövründə və digər günlərdə üzərinə götürdükləri vəzifə öhdəliklərini icra etməmiş, edilən şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymamışlar. Bununla da həmin işçilər teleşirkətin daxili Nizamnamə tələblərini, DİQ-nı, Müqavilə şərtlərini və Əmək Qanunvericiliyinin tələblərini  pozmuşlar. 

Həmin şəxslər barədə qəbul edilən Əmr onların ünvanlarına rəsmi poçt vasitəsilə göndəriləcək və xidməti vəsiqələrini təhvil verməkdən yayınanlar barədə aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət olunacaq. 

QEYD:  Son dəfə olaraq işdən uzaqlaşdırılan işçilərə, müvafiq Əmri aldıqları müddətdən etibarən şirkətin mərkəzi ofisinə gələrək dərhal  xidməti vəsiqələrinin təhvil verilməsi  tələb olunur. 

İşdən uzaqlaşdırılan işçilərin siyahısı hər birinə elektron qaydada  göndəriləcək. 

ÜMİD TRYŞ MMC-nin rəhbərliyi

ÖNCEKİ HABER

Sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən sahələrin siyahısı AÇIQLANDI

SONRAKİ HABER

Sabirabad rayon prokurorluğu MƏLUMAT YAYDI