Tanınmış teleaparıcı Hacı Nuran Hüseynov Xalq artisti Könül Xasiyevaya baş çəkib

Tanınmış teleaparıcı Hacı Nuran Hüseynov Xalq artisti Könül Xasiyevaya baş çəkib

ÜMİDTV.com:      Azərbaycan teleməkanında xeyriyyəçiliyi ilə tanınan Hacı Nuran Hüseynov hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın milli muğam dəyərlərini yaşadan, Xalq artisti Könül Xasıyevanı Şəkidə,

 

ata evində ziyarət edib. 

Bu barədə tanınmış teleaparıcı özünün instaqram səhifəsində paylaşım edib. 

Həmin paylaşımı olduğu kimi təqdim edirik. 

Hacı Nuran :     "* ... Şəkiyə ayaq basar-basmaz ancaq muğam ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Könül Kazım qızı Xasıyeva (17.03.1968) @konulxasiyevaofficial barəsində düşünürdüm ... Onun Şəkidə olduğunu bilirdim ... Anasını torpağa tapşırandan bəri doğma ata evində idi Könül xanım ... Üstəlik bu #koronavirus onu geri dönməyə qoymamışdı ... Darıxdığını, dostlarını özlədiyini bilirdim ... Sözsüz ki, mən də maskada da olsa Könül xanımı ziyarət edəcəkdim ... Və etdim də ... Məni görən an yaşardığı gözlərini, titrəyən dodaqlarını, ürəkparçalayan sözlərini təsəvvür etməyiniz çətin deyil ... Xeyli söhbətləşdik, anasından, gəncliyindən danışdı ... Məni ən çox duyğulandıran onun son kəlməsi oldu: "Sən gəldin, elə bildim dünyam çiçək açdı" ... Və mən o an bir şeyi anladım: nə qədər ki imkan var bizə ehtiyacı olanları sevindirək ... P.S.: Foto İlqam Cəbiyev"

 

 

 

 

 

ÖNCEKİ HABER

Suraxanı rayon prokurorluğu MƏLUMAT YAYDI

SONRAKİ HABER

TƏBİB-dən VACİB AÇIQLAMA