• 19 Eylül 2024 Perşembe

Abşeronda tullantılara görə sahibkar cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

ÜMİDTV.com:    Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən plastik məmulatların istehsalı sexinə məxsus olduğu məlum olub. 

Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, sexdə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

ÖNCEKİ HABER

Azərbaycanda Nizamnamə kapitalı dörd milyon olan yeni şirkət yaradılır - SON DƏQİQƏ

SONRAKİ HABER

Vilyam Hacıyev DTX əməliyyatı ilə belə ələ keçdi - ANBAAN VİDEO