Baş Prokurorluq: Abşerondakı məmur həbsləri ilə bağlı MƏLUMAT YAYDI

"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb".

ÜMİDTV.com:     Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayılıb.

"Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

ÖNCEKİ HABER

Prezident Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib

SONRAKİ HABER

Daha bir neçə deputatda koronavirus aşkarlandı - SON DƏQİQƏ