Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı Mərkəzi Gömrük Hospitalından AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadənin səhhətində cüzi yaxşılaşma var.

 ÜMİDTV.com:    Bu barədə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

ÖNCEKİ HABER

Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

SONRAKİ HABER

İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi - FOTO