ÜMİDTV: Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar mədəniyyət işçisi”
Abdullayeva Sahibə Abbas qızı
Firudinbəyova Əfruz Şükür qızı
“Əməkdar jurnalist”
Məhərrəmli Zemfira İsmail qızı
Rəsulova Firuzə Həmdəm qızı.