• 19 Eylül 2024 Perşembe

DTX əməliyyatının təfərrüatları-SON DƏQİQƏ

Sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillər Vilyam Hacıyev tərəfindən pulla verilib.

ÜMİDTV.com:    Bu barədə İmişli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev DTX-nin apardığı istintaq zamanı bildirib.

O qeyd edib ki, V.Hacıyev dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş məzillərin hər biri üçün pul vəsaiti alınması göstərişini verib:

“Birotaqlı mənzilə 10 min manat, ikiotaqlı mənzilə 20 min manat, üçotaqlı mənzilə isə 30 min manat alınması üçün tapşırıq verib. İnsanlarla görüşürdük, ev istəyirdilər. Onların vəziyyətini Vilyam müəllimə danışırdım. Deyirdi ki, yox, olmaz. Müəyyən vaxtdan sonra həmin vətəndaşlar müxtəlif məbləğdə pul vəsaitlərini mənə təqdim edirdilər. Mən də Vilyam Hacıyevə verirdim”.

ÖNCEKİ HABER

Bakıda temperatur iqlim normasından yuxarı olub - SON DƏQİQƏ

SONRAKİ HABER

Azərbaycanda Nizamnamə kapitalı dörd milyon olan yeni şirkət yaradılır - SON DƏQİQƏ