• 19 Eylül 2024 Perşembe

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub - EKSKLÜZİV

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub - EKSKLÜZİV

ÜMİDTV:   Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub.

Bu Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri olaraq Xətai rayonunda "Hərbi Qənimətlər Parkı"nın ərazisi müəyyən edilib", - Mədəniyyət Nazirliyindən bildirilib.

ÖNCEKİ HABER

Azərbaycanın xalq artisti dünyasını dəyişib

SONRAKİ HABER

Tanınmış aktyor və aparıcı vəfat edib