Deputat Musa Qasımlı Mübariz Mənsimova dəstək verdi - ÜMİDTV VİDEO

Milli Məclisin deputatı Musa Qasımlı Mübariz Mənsimova bir ziyalı olaraq dəstək verib.

ÜMİDTV.com:     Artıq bir aydan çoxdur ki, Azərbaycanlı iş adamı, xeyriyyəçi, milyonların sevimlisi Mübariz Mənsimov heç bir günahı olmadan Türkiyədə həbsdə saxlanılır.  Ümid Tv Azərbaycan kanalı və tabeliyində olan rəsmi saytları, ilk gündən Mübariz Mənsimovla bağlı həqiqətləri işıqlandırdı və bu gün də bu missiyanı davam etdirir. 

Ötən gün  Ümid Tv Azərbaycan kanalında canlı yayımlanan "Günün mövzusu" proqramında qonaq olan Milli Məclisin deputatı Musa Qasımlı Mübariz Mənsimova dəstək verdi. 

Deputat bildirdi ki, "Siz nə qədər məni tanıyırsınızsa, bilirsiniz ki, mən nə qədər səmimi və açıq adamam. Mən, heç bir azərbaycanlının həbsdə olmasını istəmirəm. Bir ziyalı olaraq deyirəm ki, Mübariz Mənsimov azərbaycanlıdır, imkansızlara əl tutan bir şəxsdir. Okeanlarda, Limanlarda dahi şəxsiyyətlərin adlarını yaşadan bir şəxsdir. Azərbaycan sevgisi olan bir şəxsdir.  Mən bu fikirlərimi sadə bir azərbaycanlı olaraq bir ziyalı kimi söyləyirəm. Hesab edirəm ki, Türkiyənin hüquq sistemində bir ədalət var. İnanıram ki, Türkiyə məhkəməsi ədalətli qərar çıxaracaq".

Qeyd edək ki, Mübariz Mənsimov Türkiyə İstanbul Prokurorluğu tərəfindən Feto/Pdy istintaq araşdırılması səbəbindən həbs olunub. Baxmayaraq ki, Mübariz Mənsimovun cinayət işində ona qarşı irəli sürülən ittihamı təsdiq edən heç bir sübut yoxdur. Belə olan halda Mübariz Mənsimovun həbsi qanunsuzdur və Məhkəmədən dərhal azad edilməlidir.

 

 

ÖNCEKİ HABER

İllər sonra Mehmet Simcanın həyat hekayəsi albomlara dönüşdü - TÜRKİYƏ

SONRAKİ HABER

Mübariz Mənsimov müraciət etdi - ÖZÜMƏ QARŞI BÖYÜK ƏDALƏTSİZLİK VAR !