Bu gün Azərbaycan polisinin peşə bayramıdır-TƏBRİK EDİRİK

Azərbaycan polisini peşə bayramı münasibəti ilə təbrik edirik.

ÜMİDTV.com:      Bu gün Azərbaycan polisinin peşə bayramıdır.  Azərbaycan polisi müstəqillik dönəmindən bu günə qədər dövlət və xalq naminə şərəfli xidmətləri ilə tarixə adını qızıl hərflərlə yazdı. İctimai asaişi qoruyarkən, vətəndaşların təhlükəsizliyini təmin edərkən, cinayətkar qəsdlərə qarşı mübarizə apararkan hər gün təhlükə ilə üz-üzə qalan Azərbaycan polisi bu gün də bu şərəfli yolu davam etdirməkdədir. Dünyanı cənginə alan Koronavirus pandemiyası ilə mübarizə tədbirlərində də öz həyatını risk altına atan Azərbaycan polisi ən xoş arzulara layiqdir. 

Ümid Tv Azərbaycan kanalı olaraq, Daxili İşlər Naziri cənab Vilayət Eyvazov başda olmaqla, Azərbaycan polisini peşə bayramı münasibətilə səmimiqəlbdən təbrik edirik, hər birinə cansağlığı, fəaliyyətlərində uğurlar arzu edirik. 

ÖNCEKİ HABER

Oxu.Az-ın fotoqrafı beynəlxalq müsabiqədə qızıl medala layiq görüldü - FOTO

SONRAKİ HABER

Tərcümeyi-halı yanlış olan təhsil naziri beş gündən sonra istefa verdi