ÜMİDTV: Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-aprel ayları ərzində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə ümumi 1 milyard 479,4 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.
Dövlət Neft Fondundan KİV-ə verilən məlumata əsasən, “Azəri-Çıraq-Günəşli” yatağından 1 milyard 437 milyon dollar həcmində gəlir əldə edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21 faiz azdır.
Həmçinin, yanvar-aprel ayları ərzində “Şahdəniz” qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 42,4 milyon ABŞ dolları olub və ötən ilin ilk dörd ayı ilə müqayisədə 4 dəfə azalıb.