Rusiyalı həkimlər kömək üçün Azərbaycana gəlir

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin mütəxəssisləri və könüllü həkimlər qrupu koronavirus pandemiyası ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir.

ÜMİDTV.com:      Rusiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həkimlər artıq Bakıya yola düşüblər.

Həkim briqadasının tərkibinə pulmonoloq, revmatoloq və epidemioloq daxil olmaqla beş mütəxəssis daxildir. Onlar Azərbaycanda tibb işçiləri ilə məsləhətləşmələr aparacaq, problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə kömək edəcək, epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı təcrübələrini bölüşəcəklər.

Qeyd edilib ki, Seçenov Universitetinin həkimləri ilə birlikdə Azərbaycana Moskvanın tibb müəssisələrində, Odintsov, Norilskdə işləyən 17 həkim yola düşüb.

ÖNCEKİ HABER

SON DƏQİQƏ: Azərbaycanın Xalq artisti koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

SONRAKİ HABER

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı - ŞAD XƏBƏR