SON DƏQİQƏ: Cəbhədən 3 şəhidimiz və yaralılarımız var

Cəbhədən 3 şəhidimiz və yaralılarımız var

ÜMİDTV.com:        İyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda ÜMid Tv Azərbaycan kanalının Qarabağ Bürosundan əldə etdiyimiz məlumata əsasən, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Biz də şəhidlərimizə Allahdan rəhmət diləyirik, yaralı əsgərlərimizə şəfa diləyirik. 

Allah rəhmət eləsin !

ÖNCEKİ HABER

Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edən fotoqrafımız – Natiq İsayev

SONRAKİ HABER

Koronavirusa yoluxmamaq üçün bunu edin: Ən sadə üsul