Müdafiə Nazirliyi: ''Ermənistanın PUA-sı vuruldu, döyüş heyəti məhv edildi''

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

ÜMİDTV.com:     Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur.

ÖNCEKİ HABER

Ermənilər Tovuzdan sonra daha bir rayonu artilleriyadan atəşə TUTDULAR

SONRAKİ HABER

Ermənistan ordusunun mayor və kapitanı MƏHV EDİLDİ