İlham Əliyev yol tikintisinə beş milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev yol tikintisinə beş milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Bununla bağlı prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq beş milyon manat ayrılır.

ÖNCEKİ HABER

Prezidentdən yeni məktəb tikintisi ilə bağlı SƏRƏNCAM

SONRAKİ HABER

Azərbaycan və Əfqanıstan prezidentləri arasında telefon danışığı oldu