SON DƏQİQƏ! Düşmənin 2 hərbçisi ağır yaralandı - RƏSMİ

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.

ÜMİDTV.com:     Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur. Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

ÖNCEKİ HABER

Prezident: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”

SONRAKİ HABER

DEPUTAT ELMAN NƏSİROVDAN ERMƏNİPƏRƏSTLƏRƏ SƏRT CAVAB GƏLDİ - ÜMİD TV