Bu gün Dodo İctimai qəzetinin 3 yaşı tamam olur- TƏBRİK EDİRİK

Bu gün Dodo İctimai qəzetinin 3 yaşı tamam olur- TƏBRİK EDİRİK

ÜMİDTV.com:        Çoxsaylı xalqların yaşadığı Azərbaycanda özünəməxsus xətti ilə seçilən Dodo ictimai qəzeti, Azərbaycançılıq idiologiyasına dayanaraq  Talış mədəni  irsini dünyaya tanıtdırmaqla sözün əsil mənasında kütləvi informasiya sahəsində maarifləndirici təbliğat vəhdətini özündə əks etdirə bilmişdir.  Talış mədəni irsini təbliğ etməklə yanaşı, Dodo İctimai qəzeti həmçinin Azərbaycançılıq idiologiyasının da təbliğində önəmli rolu ilə seçilir. Eyni zamanda dodoqezeti.az saytı bu 3 il müddətində gündəlik ictimai siyasi xəbərləri dərc etməklə də mətbuatda layiqli yerini tuta bilib.

Dodo İctimai qəzetinin və dodoqezeti.az saytının ərsəyə gəlməsində və fəaliyyətində xüsusi əməyi olan İradə xanım Məlikova, maarifləndirici fəaliyyəti  ilə qərəzsiz və obyektiv mətbuat simvolunu ortaya qoymaqla elektron media şəbəkəsində də qısa zamanda öz dəsti xətti ilə seçilə bildi.

Ümid Teleradio Yayım Şirkətinin rəhbər və kollektivi adından Dodo ictimai qəzetinin rəhbəri  İradə xanım Məlikova başda olmaqla, bütün  redaksiya heyyətini  3 yaşı münasibəti ilə səmimiqəlbdən təbrik edirik, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Ümid Tv Azərbaycan

ÖNCEKİ HABER

Serbiya Ermənistana silah tədarükünü etiraf etdi - NANKORLAR

SONRAKİ HABER

Prezident: “Mən demişəm, onlar ermənilərdən də pisdirlər”