Elman Nəsirov erməni və ermənipərəstlərin hədəfində - ARAŞDIRMA + AÇIQLAMA

Elman Nəsirov erməni və ermənipərəstlərin hədəfində

ÜMİDTV.com:        Bu günki mövzumuz Millət Vəkili Elman Nəsirov haqqındadır. Qeyd edək ki Elman Nəsirov açıqlamalarının birində Rusiyanın dünya səviyəli məşhur şairi Puşkinə istinad edərək erməniləri koronavirusun müttəfiqi adlandırmışdı. Deputat qeyd etmişdi ki, əgər Puşkin sağ olsaydı ermənilərə əvvəl dediyi "sən oğrusan", "sən qorxaqsan" ifadəsinə "sən koronavirussan" ifadəsini də əlavə edərdi. 

Xatırladaq ki, deputatın erməni haqqında işlətdiyi bu ifadə bir sıra dırnağarası qələm ustadlarımızın xoşuna gəlməmiş və deputatı hədəfə almışlar. 
Hətta bəzi dırnağarası həmyerlilərimiz deputatın işlətdiyi bu ifadələri Beynəlxalq Təşkilatların birmənalı qarşılamamasını bildirmış və irad tutmuşdu. 

Bundan əlavə sosial şəbəkələrdə bir çox klaviatura canavarları da deputata təhqir dolu ifadələr işlətmişdi. 

Mən Elman Nəsirovun məlum ifadəsinə görə deputata irad bildirənlərə səslənirəm. Siz kimi mürafiə edirsiniz?! Siz nə etdiyinizin fərqindəmisiniz?! Siz bilirsinizmi ki,  birbaşa Xocalı soyqırımını törədən, bu yaxınlarda 12 əsgərimizin şəhid olmasına səbəb olan bir ölkəni təbliğ edirsiniz?! Bu nə dərəcədə doğrudur?! Etdiyiniz əməldən utanmadan hələ üstəlik haqq da qazandırırsınız!

Həmçinin deputata qarşı təhqiramiz ifadələr işlədən şəxslərə də söyləmək istəyirəm ki, biraz özünüzə hörmət edin. İnsan iradını normal şəkildə bildirə bilər, təhqiramiz ifadə mənim fikrimcə nəinki ziyalı cəmiyyətindən kənar, hətta insanlıqdan belə kənardır. Əgər bir deputat sizin təhqirlərinizə göz yumursa bu həmin deputatın böyüklüyündən irəli gəlir. 

Deputata qarşı bu təzyiq kompaniyaları haqqında Ümid Tv olaraq mənə müsahibə vermişdi. Ancaq Elman müəllim bir sıra əlavələr də etmək istədi.

Elman Nəsirov qeyd edib ki, Ermənistanın hərbi təxribatını  və işğalçılıq siyasətini ifşa etdiyimə görə məni hədəfə alan dırnağarası həmyerlilərimə səslənirəm: Heç olmasa bir insanı tənqid etdikdə mənəvi haqqınız olmalıdır. Özü də siz tənqid yox, təhqir yolunu seçmisiniz. 
Bir özünüzə sual verin: Bu dövlət üçün, bu millət üçün, bu xalq üçün mən nə etmişəm? 
ABŞ-ın Prezidenti Con Kennedinin olduqca məşhur bir ifadəsi var: "Heç bir zaman sual vermə ki, dövlət mənim üçün nə edib, həmişə sual ver ki, mən dövlət üçün nə etmişəm". 
İfadədəki məntiqlə söyləyirəm ki, son günlər ərzində davranışım barədə dırnağarası özümüzkülərə qısa məlumat vermək istəyirəm: Bu günlərdə Misir, Ərəb Respublikasının dünyalarca məşhur "Ələhram qəzeti"ndə Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları ilə bağlı geniş bir məqaləm çap olundu. Bu yazıda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin koronavirus pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi məqsədilə unikal bir təşəbbüsü, yəni BMT Baş Məclisinin xüsusi sessiyasının salınması təşəbbüsünü ifadə etdim və söylədim ki yeganə dövlət Ermənistandır ki, bu təşəbbüsün əleyhinə çıxıb. Faktiki olaraq bununlada koronavirusu müdafiə etmiş olur. 
Bütün bu həqiqətləri mən "Ələhram qəzeti"ndəki yazımda qeyd etdim və dünyanın 6 dilində bunlar yayıldı. Yəni Ermənistanın işğalçılıq siyasətini ifşa etdim. Bunun ardınca bir neçə gün bundan öncə İraq Respublikasının Dövlət Televiziyası olan Əl-İraqiyyə televiziyasına yarım saatlıq müsahibəmdə birbaşa məhz koronavirusa qarşı mübarizə prosesində Azərbaycanın həm milli, həm regional həm də beynəlxalq səviyədə verdiyi töhfələrdən bəhs etdim. Azərbaycan Dövlətinin qardaş İraq xalqına 25 ton tibbi sahədə dəstək verdiyini bildirdim. Eyni zamanda bu reallıqlar fonunda Ermənistanın Azərbaycana qarşı aqressiv siyasət, işğalçılıq siyasəti və hərbi-təxribat siyasətinin bütün anatomiyasını açıq göstərdim. 
Və nəhayət bir neçə gün öncə İordaniya Haşimilər Krallığının rəsmi dövlət saytı olan Əmmən-News saytında geniş bir məqaləm çap olundu. Adı da olduqca diqqəti cəlb edir: Ermənistanın hərbi təxribatı
Bu ad altında mənim vurğuladığım saytda məqaləm tirajlandı və İordaniyanın demək olar ki 99% digər portalları həmin məqaləni tirajladı. 
Məqalədə birbaşa Ermənistanın rəhbərliyi ifşa olunur və bütün bu hərbi təxribata görə məsuliyyət Ermənistan hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda orada Ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevdən sitat gətirib söyləyirəm ki, düşmən layiqli cəzasını aldı. 
Şəhidlərimiz var, Allah onları rəhmət eləsin. Və onların qanı yerdə qalmadı, onların qisası alındı və bundan sonra da alınacaq. 
Ermənistanın indiyədək işğalçılıq siyasətinin bir çox detallarını mən geniş, çoxmilyonlu ərəb dünyasına bildirdim. 

Misirdəki yazımdan sonra Misirdə olan Ermənistanın səfirliyi Misir Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərdi. Eyni zamanda İordaniyaya qarşı da ermənilər müəyyən etirazlarını müxtəlif şəkildə bildirdilər. Məlumatlar məndə var. 
Amma ermənilərin bütün bu cəhdləri nəticə vermədi. Onların bütün istəkləri ürəklərində qaldı. 
Əsas odur ki, mənim məqaləm çox geniş şəkildə yayıldı və Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirdi. 
Cənab Prezidentimiz də məsələni belə qoyub ki, hər birimizin əsas funksiyalarından biri də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, dünyanın nüfuzlu KİV-lərində yaymaqdır. 
Bu ağır, çox mürəkkəb günlərdə mən bunları edə bildim,  fəxr edirəm ki, bunlara nail oldum və mən dövlətimə, xalqıma, Prezidentimə xidmət edirəm!

Dırnağarası özümüzkülərə səslənirəm: siz nə etmisiniz?! Siz kimə xidmət edirsiniz?! Bunu çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bütün bunlar bir həqiqətdir ki, bu günləri məni tənqid edənlər bilərəkdən vəya bilməyərəkdən əslində erməni maraqlarına xidmət edirlər! - deyə Elman Nəsirov vurğulayıb.

Elcan Məmiyev / Ümid Tv Azərbaycan

ÖNCEKİ HABER

Kamran Əliyev erməni təxribatına görə 3 ölkənin prokurorlarına MÜRACİƏT ETDİ

SONRAKİ HABER

DƏHŞƏT - 25 yaşlı qız küçədə ölümcül bıçaqlandı