Dövlət Xidmətindən çağırışçılarla bağlı MƏLUMAT

Dövlət Xidmətindən çağırışçılarla bağlı MƏLUMAT

Azərbaycan Respublikasında 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 26-da SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə Oxu.Az-a SHXÇDX-dən məlumat verilib.

Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.

ÖNCEKİ HABER

Ağdam istiqamətində atəşkəs pozuldu, hərbçimiz yaralandı - RƏSMİ

SONRAKİ HABER

İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı?