VİDEO: Bərdənin İcra Başçısı vətəndaşı niyə incidir - İDDİA

Bərdə rayon İcra Hakimiyyətinin Başçısı haqqında son günlər sosial mediada yer alan xoşagəlməz məlumatlar səngimir.

ÜMİDTV.com:          Bir neçə müddətdir ki, sosial mediada Bərdə rayon İcra Hakimiyyətinin Başçısının qanunsuz hərəkətləri barədə məlumatlar tirajlanır. 

Bundan öncə də Başçı haqqında belə məlumatlar yayımlamışdır ki,  Başçı vətəndaşın ata yurdunu satdırıb, eyni zamanda fəhlələrin pulunu mənimsəyərək onları qovub. Bu barədə məlumatlar bir neçə saytda da dərc olunub. 

Ümid Tv Azərbaycan kanalına şikayət edən Bərdə sakini Elşən Mənsimli iddia edir ki, Başçı Vidadi İsayev onun atasına məxsus olan obyekti sökərək saxta yollarla özünkiləşdirib. Şikayətçi qeyd edir ki, atasına məxsus obyektə aid bütün sənədlər qaydasındadır. Lakin Başçı qeyri-qanuni yollarla həmin obyekti sənədləşdirib. İcra Başçısının yaninda olduğunu deyən şikayətçi qeyd edir ki, İcra Başçısı həmin yeri aldığını iddia edib. Şikayətçi bizdən köməklik göstərməyimizi istəyərək, ölkə Prezidentinə video müraciət də ünvanlayıb.  Media olaraq şikayətçinin qarşılaşdığı problemi diqqətdə saxlayacağıq və Ümid Tv Azərbaycan kanalının canlı efirində bu məsələyə xüsusilə yer ayıracağıq. 

Qarşı tərəf mövqeyini bildirə bilər.

Bölgə Xəbər:  Ümid Tv Azərbaycan

 

ÖNCEKİ HABER

Prezident İlham Əliyevdən mühüm SƏRƏNCAM

SONRAKİ HABER

LERİKDƏ NƏ BAŞ VERİR, PERASORA KƏNDİNƏ ASİ OLAN MƏMUR KİMDİR, İCRA NÜMAYƏNDƏSİ İŞDƏN NİYƏ ÇIXARILIB?