Daxili İşlər Naziri Vilayət Eyvazovdan iki rəis təyinatı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində bir sıra kadr dəyişiklikləri olub.

ÜMİDTV.com:     Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri imzalayıb.

Əmrə əsasən, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri, polkovnik Mahmudov İmran Mürvət oğlu sərəncama götürülüb.

Nazirin digər əmri ilə, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi, polkovnik Vəliyev Sahib Əlisahib oğlu vəzifəsindən azad edilərək, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının komandiri vəzifəsinə təyin olunub.

Bununla belə, Nəsimi Rayon Mühafizə İdarəsi rəisi, polkovnik Bəşirov Elçin Tahir oğlu vəzifəsindən azad olunaraq, Sumqayıt Şəhər Mühafizə İdarəsi rəisi təyin edilib. (MediaPost)

ÖNCEKİ HABER

Bakıda 1-ci sinfə qəbulla bağlı 44 mindən çox müraciət edilib

SONRAKİ HABER

Bu rayonda koronavirusa yoluxanların sayı sürətlə artdı - Nəzarət gücləndirildi