Azərbaycanda 287,5 min nəfərə Prezidentin aylıq təqaüdü verilir

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 455,4 min nəfərə və ya əhalinin 4,7%-nə sosial müavinət ödənilib.

ÜMİDTV.com:     Onlardan 412,1 min nəfəri aylıq, qalanları birdəfəlik müavinət alanlar olub.

Mətbuata Əmək və Əhalinin Sosial Nazirliyindən bildirilib ki, hesabat dövründə Fond 287,5 min nəfəri (əhalinin 3%-ni) isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edib.

Ümumilikdə birinci yarımildə 743 min nəfərə sosial müavinət və təqaüd ödənilib. Bu istiqamət üzrə 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 mln. manat (46,6 faiz) çox olmaqla 475 mln. manat vəsait ödənilib.

ÖNCEKİ HABER

XATIRLATMA: Jurnalistin qanuni peşə fəaliyyətinə mane olma cinayətdir. yoxsa....?!

SONRAKİ HABER

Bakıda 1-ci sinfə qəbulla bağlı 44 mindən çox müraciət edilib