Kür çayında problem: Bu şəhər və rayonlarda su olmayacaq - RƏSMİ

Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

ÜMİDTV.com:        Bununla bağlı “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin, Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

ÖNCEKİ HABER

Qobustanda koronaviruslu xəstələr üçün modul tipli xəstəxananın açılışı olub

SONRAKİ HABER

Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib