• 19 Eylül 2024 Perşembe

Türkiyə Super Liqasının oyunları bərpa edilir

Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bu gün keçirdiyi onlayn videokonfransda Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağını bildirib.

ÜMİDTV.com:   Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bu gün keçirdiyi onlayn videokonfransda Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağını bildirib.

“HaberGlobal” xəbər verir ki, N.Özdemir Superliqa ilə yanaşı, aşağı liqaların və həvəskarlar liqasının matçlarının da bərpa ediləcəyini açıqlayıb.

TFF prezidenti əlavə edib ki, Türkiyə klublarında çıxış edən hər bir futbolçunun həyatı onlar üçün çox dəyərlidir. 

Azarkeşlərin oyunlarda iştirakı mövzusuna toxunana N.Özdemir bu haqda Səhiyyə Nazirliyinin təlimatlarına uyğun hərəkət edəcəklərini vurğulayıb.

ÖNCEKİ HABER

UEFA Azərbaycana 1 milyondan çox avro köçürdü

SONRAKİ HABER

Merkel Bundesliqanın bərpası tarixini dəyişdi