Tokayev: “Qazaxıstan Əfqanıstanın yeni hakimiyyəti ilə konstruktiv əlaqələr qurmağa hazırdır”

Tokayev: “Qazaxıstan Əfqanıstanın yeni hakimiyyəti ilə konstruktiv əlaqələr qurmağa hazırdır”

Qazaxıstan ilk növbədə kəskin humanitar problemləri həll etmək üçün Əfqanıstanın yeni hakimiyyəti ilə konstruktiv işgüzar əlaqələr qurmağa hazırdır.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev etimadnaməsinin təqdim edilməsi mərasimində çıxışı zamanı deyib:

“Qazaxıstan hesab edir ki, Əfqanıstan özü ilə və qonşuları ilə sülh içində yaşayan sabit, suveren və vahid bir dövlətə çevrilməlidir. Biz, ilk növbədə, bu əziyyət çəkən ölkənin üzləşdiyi kəskin humanitar problemləri həll etmək üçün yeni hakimiyyət orqanları ilə konstruktiv işgüzar əlaqələr qurmağa hazırıq. Beynəlxalq birlik bu dönüş nöqtəsində Əfqanıstanı mövcud çətinliklərlə üz-üzə qoymamalıdır”.

Tokayev həmçinin “Taliban” nümayəndələrinin əslində daha mülayim mövqelərə sadiq olduqlarını və əslində vahid, əhatəli və təmsilçi milli hökumət quraraq danışıqlara açıq olduqlarını sübut edəcəklərinə ümidli olduğunu bildirib.

ÖNCEKİ HABER

Ukraynada yenidoğulmuş körpə koronavirusun qurbanı oldu

SONRAKİ HABER

MDB Oyunları: Futzal millimiz qırğızlardan səkkiz top buraxdı