Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

ÜMİDTV.com:    Bu barədə KİV-ə  nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

ÖNCEKİ HABER

Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA

SONRAKİ HABER

Bakıda qanunsuz ət kəsimi ilə məşğul olan 7 nəfər saxlanıldı