Rusiyada keçmiş nazir yaralandı, arvadı qətlə yetirildi - FOTO

Rusiyada keçmiş nazir yaralandı, arvadı qətlə yetirildi - FOTO

Rusiyanın Tuva vilayətinin keçmiş kənd təsərrüfatı naziri Yuri Tıt-ool öz mənzilində yaralı vəziyyətdə tapılıb.

 

Onun yanında həyat yoldaşının meyiti aşkar olunub. Qadının üzərində zorakılıq əlamətləri olub.

 

Yaralı reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma başladılıb.

 

Tıt-ool 2015-2016-cı illərdə Kənd Təsərrüfatı və Qida naziri vəzifəsində çalışıb. 2019-cu ildə dələduzluğa görə ümumi rejimli koloniyada 4 il həbs cəzasına məhkum edilib.

 

 

Mənbə: “RİA Novosti”

ÖNCEKİ HABER

Yəməndə dinc sakinlər küçənin ortasında edam edildi - ANBAAN VİDEO

SONRAKİ HABER

İranda şəhər başçısı öldürüldü - FOTO