Rusiyada son 24 saatda koronavirusdan 867 nəfər ölüb.
Sözügedən nəticə pandemiya dövrü üçün rekord sayılıb. Ümumilikdə qonşu ölkədə koronavirusdan ölənlərin sayı 207255-ə çatıb.
Xatırladaq ki, Rusiyada ötən gün də rekord qırılmış sutka ərzində koronavirusdan 857 nəfərin öldüyü açıqlanmışdı.
Mənbə: “Russian Today”