“Taliban” sərhəd bölgələrinə xüsusi “intihar batalyonu” göndərib.
Həmin qrup Bədəxşan bölgəsində yerləşəcək. Sözügedən dəstələrdən həmçinin Əfqanıstanın keçmiş hökumətinə sadiq qüvvələrlə mübarizədə istifadə olunacaq.
Batalyona “Ləşkər-e-Mənsuri”, yəni “Mənsurun ordusu” adı verilib.
Qeyd edək ki, “intihar batalyonu”nun göndərildiyi Bədəxşan bölgəsi Pakistan, Tacikistan və Çinlə sərhəddə yerləşir.
Mənbə: “Khaama Press”