• 19 Eylül 2024 Perşembe

Ukraynada koronavirusdan ölənlərin sayı bir sutkada üç dəfə artıb

Ukraynada koronavirusdan ölənlərin sayı bir sutkada üç dəfə artıb

Ukraynada son sutkada koronavirusdan ölənlərin sayı demək olar ki üç dəfə artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.

 

Qurumun məlumatına görə, oktyabrın 4-də infeksiya qurbanlarının sayı 317 nəfər olub (bu may ayından bəri rekord göstəricidir), bir gün əvvəl isə 114 nəfər həyatını itirib.

 

Yoluxanların sayı bu müddətdə 8,2 mindən 9,8 minə qalxıb.

Qeyd edək ki, pandemiya başlayandan bəri Ukraynada 2,5 milyon nəfər koronavirusa yoluxub, onlardan 57 mini həyatını itirib.

ÖNCEKİ HABER

Putinin şəkli ermənilər tərəfindən təhqir edildi

SONRAKİ HABER

İranın xarici işlər naziri Rusiyaya səfərə yollanıb