• 19 Eylül 2024 Perşembe

Makqreqorun məşqçisi polislərlə əlbəyaxa olub

Makqreqorun məşqçisi polislərlə əlbəyaxa olub

Qalmaqallı irlandiyalı döyüşçü Konor Makqreqorun moldovalı məşqçisi Sergey Pikulski Kişinyov hava limanında polislərlə əlbəyaxa olub.

 

Belə ki, UFC ulduzunun məşqçisini sərxoş halda təyyarəyə buraxmaqdan imtina ediblər.

Sərhəd polisinin bu qərarı Sergey Pikulskini qəzəbləndirib və o, dava etməyə başlayıb.

 

İnsidentdən sonra məşqçi polis bölməsinə aparılıb və bir müddət sonra onu sərbəst buraxıblar.

Qeyd edək ki, Moldova əsilli Sergey Pikulski 2007-ci ildən K.Makqreqorun məşqçisidir.

 

Mənbə: Deschide.md

ÖNCEKİ HABER

Rusiyada koronavirusdan rekord ölüm qeydə alındı

SONRAKİ HABER

İsrail Əfqanıstanı təmsil edən qadın idmançıları və robototexnika mütəxəssislərini öz ölkəsinə gətirdi - FOTO